Fransada mövsüm ləğv edildi
28.04.2020 , 18:37

Fransa Liqa 1-də mövsüm başa çatıb.
Korner.az xəbər verir ki, bunu Fransanın baş naziri Edvard Filip yerli mətbuata açıqlamasında deyib.
O, Liqa 1 və Liqa 2-də 2019/2020 mövsümünün bitdiyini bildirib.
Mayda yekun cədvəli və avrokuboklara kimin gedəcəyi açıqlanacaq. 2020/2021 mövsümü isə avqustda başlayacaq.
