Fransada 1 dəqiqəlik sükut
08.02.2019 , 14:55

Fransanın 1-ci və 2-ci liqalarında növbəti turun bütün oyunları bir dəqiqəlik sükutla başlayacaq.
“Nant”ın sabiq futbolçusu Emiliano Salanın xatirəsi yad ediləcək.
Xatırladaq ki, “Kardiff”ə transfer olunan mərhum argentinalı futbolçu yanvarın 22-i Fransadan Şotlandiyaya xüsusi təyyarə ilə yola salınıb. Ancaq hava gəmisi mənzil başına çatmazdan yarım saat əvvəl radardan itib. Sonradan axtarış qrupu təyyarəni La Manş boğazından tapıb. Ötən gecə isə təyyarədəki cəsədin Salaya məxsus olduğu açıqlanıb.
