Fransada əksər çempionatlar ləğv edildi
17.04.2020 , 20:33

Fransa Futbol Federasiyası koronavirus pandemiyasına görə təxirə salınan bir sıra liqalarla bağlı qərarını açıqlayıb.
Korner.az xəbər verir ki, FFF həvəskar statusu daşıyan 4-cü, 5-ci və regional liqalarda cari mövsümün ləğv olunduğunu bəyan edib.
Həmçinin qadınlar arasında 2-ci liqada, futzal və gənclərin birinciliklərində mövsümün vaxtından əvvəl başa çatdırıldığı bildirilib.
