Fransa millisi ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, yığmanın üzvü Rafael Varan “Avro-2016″dan kənarda qalacaq.
Buna 23 yaşlı futbolçunun zədələnməsi səbəb olub. Məşq zamanı zədə alan fransalı futbolçunun bud əzələsində yırtıq aşkarlanıb. Bu səbəbdən Varan Çempionlar Liqasının final oyununu buraxmaqla ilə yanaşı, “Avro-2016″da da yığmasına kömək edə bilməyəcək.
Varanı Fransa millisində “Sevilya”nın müdafiəçisi Adil Remi əvəzləyəcək.
