Fransa və İngiltərə 1/4 finalda
05.12.2022 , 01:00

Bu gün Qətərdə təşkil olunan dünya çempionatında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.
Korner.az xəbər verir ki, günün ilk matçında son çempion Fransa Polşa ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gələrək, növbəti mərhələyə adını yazdırıb.
Günün digər matçında İngiltərə yığması Seneqalla üz-üzə gəlib. Görüş İngiltərənin 3:0 hesablı qələbəsi ilə bitib.
Dünya çempionatı
1/8 final mərhələsi
4 dekabr
19:00 Fransa – Polşa – 3:1
23:00 İngiltərə – Seneqal – 3:0
