Moskva “Dinamo”sunun hücumçusu Andrey Panyukov Fransa klublarının hədəfinə düşüb.
Korner.az-ın məlumatına görə, ötən mövsümü icarə əsasında Litva “Atlantas”ında keçirən 20 yaşlı hücumçu uğrunda “Monako”, “Marsel” və “Lill” mübarizə aparır.
Xatırladaq ki, Panyukov geridə qalan mövsümdə Litva birinciliyində meydana çıxdığı 15 oyunda 17 qola imza atıb.
