“Lion”un gənc futbolçusu Nabil Fekir Fransa millisində çıxış etməyi qərara alıb.
Korner.az-ın məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi doğulduğu Fransa və mənşəcə mənsub olduğu Əlcəzair arasında seçim edərkən birinciyə üstünlük verib.
Qeyd edək ki, cari mövsümdə Fekirin aktivində 11 qol və 9 məhsuldar ötürmə var.
