“Kristal Palas” PSJ-nin yarımmüdafiəçisi Yohan Kabayı transfer edib.
Korner.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytından məlumat verilib.
Belə ki, Premyer Liqa təmsilçisi 29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalayıb. Transfer üçün “Kristal Palas” parislilərə 14 milyon avro təzminat ödəyib. Əlavə olaraq bildirək ki, futbolçu 2011-14-cü illərdə digər İngiltərə təmsilçisi “Nyukasl”da çıxış edib.
