“Mançester Siti”nin futbolçusu Samir Əl Nasri paparatsilərə yaxalanıb.
İdmanxeber.com-un xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Fransa millisinin sabiq üzvünün yanında məşhur müğənni Lionel Riçinin 17 yaşlı qızı Sofiya Riçi olub.
Gözəlliyi ilə hamının diqqət mərkəzində olan Sofiya Hollivudda Nasrinin 29-cu yaşını qeyd etdiyi partiyə qatılıb və onunla əl-ələ məkanı gizlicə tərk etməyə cəhd göstərib.
