“Arsenal” klubunun keçmiş futbolçusu Robert Pires Kərim Benzemanın ünvanına xoş sözlər deyib.
Korner.az-ın məlumatına görə, o, “RTL” radiosuna müsahibəsində fransalı forvardın milli üçün çox önəmli olduğunu dilə gətirib.
Hücumçu haqqında çıxan məhkəmə mübahisəsindən sonra Fransa millisinə dəvət almayıb. Bu səbəbdən Robert Pires qeyd edib ki, Benzema yüksək səviyyəli futbolçudu və Fransanın ona ehtiyacı var:
“Məhkəmə prosesi hər gün davam edir. Biz icazə verməliyik ki, dövlət işçiləri öz vəzifələrini icra etsinlər. Lakin, bu o demək deyil ki, Benzema siyahıdan silinməlidi. O yüksək səviyyəli komandada əvəzedilməz rol oynayır. Çoxsaylı oyun təcrübəsinə malikdi. Düşünürəm ki, Benzema mütləq yığma komandaya çağrılmalıdı. Fransa millisinin Benzemaya ehtiyacı var”
