Fransa millisində itki
08.10.2024 , 14:12

“Bavariya”nın müdafiəçisi Dayotçankul Upamekano sıradan çıxıb.
Korner.az xəbər verir ki, o, Fransa millisinin qarşıdakı oyunlarını buraxacaq.
Buna səbəb oyunçunun Bundesliqanın 6-cı turunda “Ayntraxt”la( Frankfurt) oyunda (3:3) bud nahiyəsindən zədə almasıdır.
Onun əvəzinə Fransa millisinə “Sevilya”nın müdafiəçisi Loik Bade dəvət edilib.
