Almaniyadan qələbə, İspaniyadan xal itkisi
20.06.2021 , 01:08

AVRO-2020 davam edir. Bu gün keçiriləcək 3 oyunla qrup mərhələsinin II turuna yekun vurulub.
Korner.az xəbər verir ki, əvvəlcə F qrupunda Macarıstan və Fransa yığmaları üz-üzə gəlib. Oyun 1:1 hesablı bərabərliklə bitib.
Qrupun digər matçında Portuqaliya Almaniya ilə qarşılaşıb və 2:4 hesabı ilə uduzub.
İkinci turun son matçı isə İspaniya və Polşa yığmaları arasında baş tutub. Görüş 1:1 hesabı ilə bitib.
AVRO-2020
II tur
19 iyun
F qrupu
17:00. Macarıstan – Fransa – 1:1
20:00. Portuqaliya – Almaniya – 2:4
E qrupu
23:00. İspaniya – Polşa – 1:1
