Fransa Liqasında 2014/2015 mövsümünə yekun vurulub.
Korner.az-ın məlumatına görə, 38-ci turun bütün oyunları eyni gündə baş tutub.
Cari mövsümün çempionu PSJ öz meydanında “Reims”i qəbul edib. Paris təmsilçisi mövsümü qələbə ilə başa vurub – 3:2.
“Lion” səfərdə “Renn”ə, “Monako” isə “Loryen”ə 1:0 hesabı ilə qalib gəlib. “Marsel” öz meydanında “Bastiya”dan üstün olub – 3:0.
Qeyd edək ki, 38-ci turun nəticələrinə görə “Evian”, “Metz” və “Lans” klubları Fransa Liqasını tərk ediblər.
23 may
Fransa Liqası, 38-ci tur
“Bordo” – “Monpelye” – 2:1
Qollar: Rolan, 9 (1:0), 39 (2:0), Bakar, 63 (2:1)
“Kan” – “Evian” – 3:2
Qollar: Bazile, 60 (1:0), Soqo, 66-avtoqol (2:0), Bazile, 68 (3:0), Sorlin, 86 (3:1), Soqo, 90+3 (3:2)
“Lans” – “Nant” – 1:0
Qol: Çavariya, 4 (1:0)
“Loryen” – “Monako” – 0:1
Qol: Fereyra, 20 (0:1)
“Marsel” – “Bastiya” – 3:0
Qollar: Payet, 14 (1:0), Ciku, 39-avtoqol (2:0), Okampos, 89 (3:0)
“Mets” – “Lill” – 1:4
Qollar: Balmon, 40 (0:1), Queye, 41 (0:2), Rouks, 44 (0:3), 69-pen (0:4), Palomino, 83 (1:4)
PSJ – “Reims” – 3:2
Qollar: Kavani, 30 (1:0), Rabiot, 45 (2:0), Mandi, 54 (2:1), Kavani, 83 (3:1), Kyei, 89 (3:2)
“Renn” – “Lion” – 0:1
Qol: N’Jie, 86 (0:1)
“Sent-Etyen” – “Qenqam” – 2:1
Qollar: Qradel, 36 (1:0), 49 (2:0), Bivuye, 61-pen (2:1)
“Tuluza” – “Nitsa” – 2:3
Qollar: Maupey, 8 (0:1), Bauthek, 34 (0:2), 53 (0:3), Ben Yedder, 79 (1:3), Treyo, 81 (2:3)
