Fransa Kubokunda 1/16 final cütləri müəyyənləşdi
22.12.2025 , 15:30
Fransa Kubokunda 1/16 final mərhələsinin püşkü atılıb və bütün qarşılaşmalar müəyyənləşib.
Korner.az xəbər verir ki, PSJ səfərdə “Paris”lə üz-üzə gələcək, “Monako” isə “Orlean”ı qəbul edəcək.
Digər diqqət çəkən cütlər arasında “Bayö” – “Marsel”, “Lill” – “Lion / Sen-Sir” və “Nant” – “Nitsa” qarşılaşmaları var.
1/16 final mərhələsinin bütün cütləri:
Bayö – Marsel
Lill – Lion / Sen-Sir
Nant – Nitsa
Le-Pyui – Reyms
Soşo – Lans
O-Lionne – Loryan
Montryö – Amyen
Orlean – Monako
İstr – Laval
Avranş – Strasburq
Le-Man – Nansi
Metz – Monpelye
Şantiyi – Renn
Bastiya – Trua
Anje – Tuluza
PSJ – Paris