Fransa kubokunda 1/4 finalın oyunları davam edir
Bu gün daha iki görüş keçirilib.
PSJ öz meydanında “Marsel”i qəbul edib. Matç Paris klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Digər oyunda isə “Çambli” “Strasburq”u 1:0 hesabı ilə üstələməklə yarımfinala adlayıb.
Qeyd edək ki, 1/4 finalın son oyununda bu gün “Lion”la “Kan” üz-üzə gələcək.
PSJ – “Marsel” – 3:0
Qollar: Di Mariya, 45+1, 48, Kavani, 81
“Çambli” – “Strasburq” – 1:0
Qol: Dukur, 83
