Fransa klubunun futbolçusu ərəblərin hədəfində
28.08.2024 , 13:10
“Nant”ın futbolçusu Mustafa Muhammed üçün yeni talib çıxıb.
Korner.az xəbər verir ki, Səudiyyə Ərəbistanın “Əl-Əhli” klubu misirli hücumçu üçün 15 milyon avro təklif edib.
Bu barədə “Lequipe” nəşri məlumat yayıb.
Xəbərdə, “Nant”ın düşünmədən bu təklifi rədd etdiyi bildirilib.
Bundan başqa, 26 yaşlı oyunçu ilə təkcə ərəblər deyil, “Marsel” və “Vulverhempton”nun da maraqlandığı iddia olunur.
Fransa təmsilçisində 82 matça çıxan Muhammed 19 qol vurub, 7 məhsuldar ötürmə edib.