Fransa klubundan yeni transfer
10.07.2023 , 18:51

“Lill” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Liqa 1 təmsilçisi Portuqaliyanın “Eştoril” klubunun sağ cinah müdafiəçisi Tyaqo Santosu transfer edib.
20 yaşlı portuqal futbolçu ilə 5 illik müqavilə imzalanıb. Fransa klubu onun transferi üçün “Eştoril”ə 6,5 milyon avro ödəyib.
