Fransa klubundan yeni transfer
31.01.2023 , 14:03

Fransanın “Olimpik” (Lion) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Liqa 1 təmsilçisi Niderlandın “Herenven” klubunun hücumçusu Amin Sarrı transfer edib.
21 yaşlı futbolçunun transferi üçün 11 milyon avro ödənilib. Onunla müqavilə 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.
Sarr 2022-ci ilin yanvarından oynadığı “Herenven”də 35 oyuna 11 qol vurub.
