Fransa klubundan İtaliyaya
03.12.2024 , 22:30
Mövsümün sonunda “Lill”lə müqaviləsi başa çatacaq Conatan Davidin yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, o, karyerasını İtaliyada davam etdirəcək.
Kanadalı hücumçu “İnter”lə razılığa gəlib.
24 yaşlı futbolçu Milan təmsilçisi ilə illik 6 milyon avro maaş olmaqla 5 illik sözləşmə təklifini qəbul edib.
Keçidin yaxın zamanda rəsmən açıqlanacağı gözlənilir.