Fransa klubundan 8 milyon avroluq transfer
08.06.2020 , 16:46

Fransanın “Nitsa” klubu heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Atletiko Paranaense”dən Robson Bambunu transfer edib.
Klub bu keçid üçün 8 milyon avro ödəyib.
Qeyd edək ki, Bambu 2019-cu ilin yayından “Atletiko Paranaense”də çıxış edirdi.
