Fransa klubunda yeni müqavilə
22.04.2020 , 17:46

“Sent-Etyen” futbolçusu Uesli Fofanayla yeni müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
19 yaşlı müdafiəçiylə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
Futbolçunun əvvəlki müqaviləsi 2022-ci ilin yayına qədər idi.
