Fransa klubunda yeni müqavilə
03.06.2020 , 20:59

Fransanın “Nant” klubu yarımmüdafiəçisi Abdul Kader Bamba ilə müqavilənin müddətini artırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Abdul Kader Bambanın əvvəlki müqaviləsi 2022-ci ilin yayına qədər idi.
