Fransa klubunda baş məşqçi istefası
24.06.2020 , 17:54

“Nim” baş məşqçisi Bernar Blakerlə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
62 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Blaker 2015-ci ilin noyabrından “Nim”i çalışdırırdı.
