Fransa klubunda baş məşqçi ayrılığı
10.10.2025 , 22:54
Fransa “Monako” klubu baş məşqçi Adi Hütterlə qarşılıqlı razılıq əsasında yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
55 yaşlı çalışdırıcı 2023-cü ilin aprel ayında Monakonun baş məşqçisi təyin olunmuşdu.
Komanda Fransa çempionatında yeddi turdan sonra 13 xal toplayaraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.