Fransa klubunda baş məşqçi ayrılığı
08.04.2025 , 16:40

“Monpelye” baş məşqçisi Jan-Lui Qasse ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, 71 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.
O, ötən ilin oktyabrından Liqa I klubunu çalışdırırdı.
