Fransa klubu Neymara qapını göstərdi
09.05.2023 , 19:36

PSJ mövsümün sonunda Neymarla yollarını ayıracaq.
Korner.az xəbər verir ki, futbolçunun da klubun qərarından xəbərdar olduğu və onun transferinə isti münasibət bəslədiyi vurğulanır.
Braziliyalı ulduz üzünü İngiltərə Premyer Liqasına tutub. 31 yaşlı futbolçu ilə “Mançester Yunayted”lə yanaşı, bir çox klublar maraqlandığl bildirilir.
Bu mövsüm PSJ-də ümumilikdə 29 oyuna çıxan Neymar 18 qol vurub və 17 məhsuldar ötürmə edib.
