Fransa klubu hücum xəttini onunla gücləndirdi
13.08.2024 , 19:34
“Marsel” hücum xəttini “Lens”in gənc ulduzu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Fransa təmsilçisi 21 yaşlı hücumçu Elye Vahini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yayılan məlumatda, futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzalandığı diqqətə çatdırılıb.
“Marsel bu transfer üçün qarşı tərəfə 25 milyon avro transfer haqqı və 5 milyon avro bonus ödəyəcək.
Karyerasında ümumilikdə 141 matça çıxan fransalı hücumçu bu oyunlarda 47 qol vurub, 13 məhsuldar ötürmə edib.