Fransa klubu baş məşqçisini göndərdi
16.12.2024 , 12:25
“Sent-Etyen” klubu baş məşqçisi Olivye Dall’Oqlionu istefaya göndərib.
Korner.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yeni məşqçi təyin olunana qədər komandanı klubun akademiyasının direktoru Loran Huard çalışdıracaq.
Olivye Dal’Oglio 2023-cü ilin dekabrından Fransa klubunun baş məşqçisi idi.