Fransa, İngiltərə və Türkiyədən rahat qələbə, Portuqaliya büdrədi
26.03.2019 , 10:43

AÇ-2020-nin seçmə qrup mərhələsində ikinci turun oyunları keçirilir.
A, B və H qruplarında 7 oyun baş tutub.
A qrupunda Kosovo Bolqarıstanla 1:1 hesablı heç-heçə edib. İngiltərə səfərdə Monteneqroya 5:1 hesabı ilə qalib gəlib.
B qrupunda Portuqaliya yığması bu dəfə Serbiya ilə matçda xal itirdib – 1:1. Ukrayna isə səfərdə Lüksemburqa 2:1 hesabı ilə qalib gəlib.
H qrupunda qərarlaşan Türkiyə yığması Moldovanı 4 cavabsız qolla üstələyib. Son dünya çempionu Fransa İslandiyaya eyni aqibəti yaşadıb – 4:0. Albaniya isə səfərdə Andorranı 3:0 hesabı ilə məğıub edib.
AÇ-2020-nin seçmə mərhələsi, II tur
A qrupu
Kosovo – Bolqarıstan – 1:1
Qollar: Arber Zeneli, 61 – Vasil Bojikov, 39
Monteneqro – İngiltərə – 1:5
Qollar: Marko Vesoviç, 17 – Maykl Kin, 30, Ross Barkli, 39, 59, Harri Keyn, 71, Rahim Sterlinq, 81
B qrupu
Lüksemburq – Ukrayna – 1:2
Qollar: David Turpel, 34 – Viktor Çiqankov, 40, Gerson Rodriqes, 90+4
Portuqaliya – Serbiya – 1:1
Qollar: Danilu Pereyra, 42 – DuşanTadiç, 7 (pen.)
H qrupu
Türkiyə – Moldova – 4:0
Qollar: Hasan Ali Kaldırım, 24, Cenk Tosun, 26, Cenk Tosun, 53, Kaan Ayhan, 70
Qeyri-dəqiq penalti: Burak Yılmaz, 53 (Türkiyə)
Andorra – Albaniya – 0:3
Qollar: Armando Sadiku, 21, Bekim Balay, 87, Amir Abraşi, 90
Fransa – İslandiya – 4:0
Qollar: Samuel Umtiti, 12, Olivye Jiru, 68, Kilian Mbappe, 78, Antuan Qrizmann, 84
