"Milan"ın arzusu gözündə qaldı
Son Fransa çempionu "Monpelye" klubunun kapitanı Mapou Yanga-Mbiva ilə müqavilənin müddətini uzadıb.
Korner.az-ın məlumatına görə, İtaliya nəhəngi "Milan"ın transfer etmək istədiyi futbolçu komandası ilə yeni , 2 illik müqavilə imzaayıb.
"Monpelye"nin prezidenti Luis Nikollin Milan təmsilçisinin transfer üçün 6 milyonluq təklifini gülünclə qarşıladığını bildirib:
"Bu təklif həqiqətən məni çox güldürdü. Kimsə yatır-duru bir transferdən 45 milyon qazanır. Lakin Milan təmsilçisi bizə 25-30 milyon avroluq bir təkliflə gəlsə danışardıq. Qalliani bu cür kiçik rəqəmlə transfer həyata keçirməyi bilmirəm hansı filimdə izlədi".
