“Fransa antifutbol oynayan komandadır” – Kurtua
11.07.2018 , 15:25

“Fransa bizə künc zərbəsindən qol vurdu. Buna qədər isə yalnız öz qapılarını qorumaqla məşğul idilər”
Bu sözləri Belçika millisinin qapıçısı Tibo Kurtua “The Guardian”a açıqlamasında deyib.
O, DÇ-2018-in yarımfinalında uduzduqları (0:1) Fransa millisinin layiqli qələbə qazanmadığını bildirib: “Mən 1/4 finalda Braziliyaya uduzmağı üstün tutardım. Hər halda onlar futbol oynamaq istəyirdilər. Fransa isə antifutbol oynayan komandadır”.
Qeyd edək ki, Belçika İngiltərə – Xorvatiya cütünün məğlubu ilə 3-cülük uğrunda oynayacaq.
