“Avro-2016″da sabah keçiriləcək üç oyuna hakim təyinatları açıqlanıb.
Korner.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, B qrupunda keçiriləcək Rusiya – Slovakiya oyunu Damir Skominanın başçılıq edəcəyi sloveniyalı hakimlər briqadasına tapşırılıb.
A qrupunda keçiriləcək Rumıniya – İsveçrə matçını rusiyalı Sergey Karaşev, Fransa – Albaniya görüşünü isə şotlandiyalı Uilyam Kollam idarə edəcək.
14 iyun
B qrupu
17:00. Rusiya – Slovakiya
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya)
Əlavə köməkçi hakimlər: Matej Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Yonas Eriksson (İsveç)
Lill. “Pyer Morya” stadionu.
A qrupu
20:00. Rumıniya – İsveçrə
Hakimlər: Sergey Karaşev, Nikolay Qolubev, Tikon Kaluqin (hamısı Rusiya)
Əlavə köməkçi hakimlər: Sergey Lapoçkin, Sergey İvanov (hamısı Rusiya)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Paris. “Park de Prens” stadionu.
23:00. Fransa – Albaniya
Hakimlər: Uilyam Kollam, Frensis Konnor (hər ikisi Şotlandiya), Damian Makqreyt (İrlandiya)
Əlavə köməkçi hakimlər: Bobbi Madden, Con Biton (hər ikisi Şotlandiya)
Dördüncü hakim: Maykl Oliver (İngiltərə)
Marsel. “Velodrom” stadionu.
