Münhen “Bavariya”sı və Fransa millisinin yarımmüdafiəçisi Frank Riberi millisinin dünya çempionatına çıxmaq şanslarını qiymətləndirib.
Korner.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Riberi qrupda 1-ci olmağın mümkünsüz olduğunu və komandanın 2-ci yeri tutaraq “pleyy – of”a çıxmağa borclu olduğunu qeyd edib.
Fransa millisi seçmə mərhələdə növbəti oyununu Belarus millisinə qarşı keçirəcək.
