Mövsüm başa çatandan sonra “Roma”dan ayrılan Françesko Totti karyerasını Yaponiyada davam etdirə bilər.
II Liqada çempionluq uğrunda mübarizə aparan “Tokio Verdi” klubu əfsanəvi futbolçunun xidmətində maraqlıdır. Yaponiya təmsilçisi Tottiyə illik 1 milyon avroluq müqavilə təklif edib.
Bu barədə klubun prezidenti Hanyu Hideaki də məlumat verib:
“Totti ilə danışıq aparırıq. Biz ilinə 1 milyon avro maaş verməyə hazırıq, Totti isə 3 milyon istəyir. Bu transfer baş tutsa, möhtəşəm biri işi reallaşdırmış olacağıq”.
