Fran Qarsiya ‘Bornmut’un diqqətində
02.02.2026 , 14:30
“Real”ın müdafiəçisi Fran Qarsiya İngiltərənin “Bornmut” klubunun diqqətini çəkib.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu üçün qış transfer pəncərəsi bağlanmamış rəsmi təklif göndərilsə də, Madrid klubu bunu rədd edib.
Qarsiyanın “Real”la müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Cari mövsümdə 14 oyunda meydana çıxan müdafiəçi 1 qol vurub. “Bornmut”un yayda yenidən transfer cəhdi edib-etməyəcəyi isə hələ məlum deyil.