FOTOLAR: “Sabah” “Bahar kuboku”nun qalibi oldu!
22.03.2019 , 16:11

“Qarabağ” Futbol Klubunun təşkilatçılığı ilə 11 yaşadək futbolçular arasında “Bahar Kuboku” turniri keçirilib.
8 komanda 2 qrupda mübarizə aparıb. Turnirdə “Sabah”, “Zirə”, “Vətən”, “Qarabağ”, “Qarabağ-2”, “Səbail”, “Sumqayıt” və “Neftçi” komandaları iştirak ediblər.
Turnirin qalibi Elvin Həsənovun rəhbərlik etdiyi “Sabah” klubu olub. İkinci yeri “Vətən”, üçüncü pilləni isə “Zirə” komandası tutub.
