“Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarını davam etdirir. İyunun 12-də Qəbələdə bir araya gələn “qırmızı-qaralar” hazırlıq prosesinin ikinci gününü 2 məşqlə yekunlaşdırıb.
Baş məşqçi Sənan Qurbanovun komandası günün birinci yarısında fiziki hərəkətləri yerinə yetirib.
Günün ikinci yarısındakı məşq prosesi zamanı futbolçular həm fiziki hazırlıq keçib, həm də toplu çalışmaları icra edib.
