FOTO: “Səbail” “Qarabağ”la oyunu yoxlama görüşü bilirmiş
21.10.2018 , 10:33

Topaz Premyer Liqasının 8-ci turunda “Səbail” səfərdə “Qarabağ”la qarşılaşdı.
Futbol11.az xəbər verir ki, sözügedən qarşılaşmada “şirlər” 0-1 hesablı məğlubiyyət alıb. Lakin “Qarabağ” oyunun protokolunda adı qeyd olunmayan futbolçunu meydana buraxıb. Bu səhv Ağdam təmsilçisinin texniki məğlubiyyət alması ilə nəticələnəcək.
Qarşılaşmadan sonra isə “Səbail” sosial şəbəkə hesabında oyundan hazırlanmış fotoreportajı yoxlama görüşü kimi təqdim edərək, paylaşıb. Bu səhv bir müddət sonra aradan qaldırılsa da, rəsmi səhifəyə Premyer Liqa matçı zamanı belə kobud səhv yaraşmır. Ən biabırçı vəziyyət odur ki, “Səbail” 2-ci mövsümdür ki, Premyer Liqada çıxış etsə də, hələ də klubun rəsmi saytı fəaliyyət göstərmir.
