"Mançester Yuneyted"in futbolçusu Markus Reşford 11 yaşında yazdığı məktubi sosial şəbəkələrdə paylaşıb.
Korner.az-ın məlumatına görə, şəkli ilə birlikdə etdiyi paylaşımda onun "Mançester Yunayted"də oynamaq istədiyi deyilir:
"Ümid edirəm ki, mənim gələcəyim məktəbdə olduğu kimi ondan kənarda da parlaq olacaq. İstəyirəm ki, ailəmi mənimlə qürur duymağa məcbur edim. Həyatda sadəcə bir məqsədim var: peşəkar futbolçu olmaq. Ümid edirəm ki, "Mançester Yunayted"də".
