FOTO: “Qarabağ” Nadirovu belə andı
03.02.2019 , 18:33

Azərbaycan Premyer Liqasının XV turunun mərkəzi oyununda “Qarabağ” “Neftçi”ni qəbul edir. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matça Ağdam klubu xüsusi pankartla çıxıb.
“Qarabağ futbolçuları klubun təsisçilərindən olan, Ağdam klubunun sabiq futbolçusu və baş məşqçisi Adil Nadirovu yad ediblər. Onlar meydana “Qarabağ” səni unutmayacaq” pankartı ilə çıxıblar. Bundan başqa matçın startından öncə 1 dəqiqəlik sükutla Adil Nadirov anılıb.
Qarşılaşmada ilk hissə oynanılır və hesab 1:0 “Qarabağ”ın xeyrinədi.
