FOTO: Məsut Özildən Azərbaycana təşəkkür
05.10.2018 , 11:38
Arsenal”ın futbolçusu Məsut ÖzilAzərbaycana təşəkkür edib.
Almaniya doğumlu türk futbolçu oyundan sonra onunla foto çəkdirən iki azərbaycanlı azarkeşlə şəklini paylaşaraq, isti qarşılanmaya görə təşəkkürünü bildirib
Qeyd edək ki, “Qarabağ” – “Arsenal” oyununa ikinci hissədə daxil olmuş Məsut Özil azərbaycanlı azarkeşlərin alqışlarına səbəb olub. O, oyundan sonra formasını da azarkeşlərin yer aldığı tribunaya tərəf atıb.
