“Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşdi
28.04.2019 , 18:54

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinin qalibinin adına aydınlıq gəlib.
Bütün rəqiblərini qabaqlayan Almaniyanın “Mercedes” komandasının pilotu Valtter Bottas 1-ci olub. Finlandiyalı finiş xəttinə 1 saat 44,757 dəqiqəyə çatıb. Onun komanda yoldaşı Luis Hemilton (1:44,789) finişə ikinci, İtaliya “Ferrari”sinin sürücüsü Sebastyan Fettel isə (1:48,165) üçüncü çatıb.
Qeyd edək ki, yarışın sonu olaraq “Baku Crystal Hall”da konsert proqramı keçiriləcək.
