Formula1

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin başlama saatı dəyişdirilib

02.02.2018 , 12:00

Bu addım yürüşlərin televiziya auditoriyasını artırmaq üçün atılıb

2018-ci ildə keçiriləcək “Formula-1” üzrə bütün Qran-prilərin başlama saatı dəyişdirilib. 
Bu addım yürüşlərin televiziya auditoriyasını artırmaq üçün atılıb.

Əvvəllər mərhələlərin çoxunda yaşıl işıqlar yerli vaxtla saat 14:00-da yanırdısa, indi bu, 15:10-da baş verəcək. Əlavə 10 dəqiqə kommersiya kanallarının rahatlığı üçün edilib. İndi onlar Qran-pridən əvvəl daha çox reklam verə biləcəklər.

Bu il aprelin 27 – 29-da keçiriləcək Azərbaycan Qran-prisi isə Bakı vaxtı ilə saat 16:10-da start götürəcək.

report.az

Son yazılar

Yuxarı