Formula 1-in təqvimi
02.06.2020 , 19:42

Formula 1-də yeni mövsümün iyulun 5-də başlayacaq.
Korner.az xəbər verir ki, təşkilatçılar 8 yarışlıq Avropa təqvimini açıqlayıb. Avstriya qran-prisi ilə mövsümün açılışı olacaq – 3-5 iyul və 10-12 iyul.
Ardınca Macarıstan (17-19 iyul), Böyük Britaniya (31 iyul-2 avqust və 7-9 avqust), İspaniya (14-16 avqust), Belçika (28-30 avqust) və İtaliya (4-6 sentyabr) qran-priləri təşkil olunacaq.
Azərbaycanda keçiriləcək qran-pri ilə bağlı məlumat tam təqvim açıqlanandan sonra məlum olacaq.
