Bakıda keçirilən Formula 1 üzrə Avropa Qran-prisinin sərbəst yürüşünün ikinci günündə qəza baş verib.
Korner.az-ın məlumatına görə, “Force İndia” komandasının pilotu Serxio Perez xoşagəlməz hadisə ilə üzləşib.
Hadisə 14-cü döngədə baş verib. Dönmə əməliyyatı yerinə yetirərkən S.Perez yol kənarındakı baryerə çırpılıb və bolidin təkəri sıradan çıxıb.
