“Formula 1 Azərbaycan Qran-Prisi”nin vaxtı açıqlandı
10.06.2025 , 11:55

2026-cı il “Formula 1 Azərbaycan Qran-Prisi”nin vaxtı müəyyənləşib.
Korner.az xəbər verir ki, bu barədə “Formula 1″in saytı məlumat yayıb.
Azərbaycan Qran-Prisi 2026-cı ilin sentyabrın 25-27-də keçiriləcək.
Mövsümə isə martın 6-8-də Avstraliya Qran-Prisi ilə start veriləcək.
