Formula 1: Azərbaycan Qran-prisi təxirə salındı
23.03.2020 , 16:29

Formula 1 üzrə Azərbaycan Qran-prisi təxirə salınıb.
Korner.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, iyun ayında baş tutmalı olan Azərbaycan Qran-prisi təşkilatçı ölkənin istəyi ilə təxirə salınıb. Buna səbəb koronavirus pandemiyasının bütün dünyada sürətlə yayılmasıdı.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 5-7 iyun tarixlərində baş tutmalı idi.
