Formaya düşmək üçün tətilə getmədi
04.05.2023 , 17:22

Son günlər “Qalatasaray”dakı çıxışı ilə tənqid hədəfinə çevrilən Fernando Muslera diqqətçəkən qərar verib.
Korner.az xəbər verir ki, “Beşiktaş”la oyundan sonra komandaya 2 gün istirahət verilsə də, Muslera İstanbulda qalıb.
Futbolçuların bir çoxu tətil üçün İstanbuldan kənarlaşsa da, o, heç yerə getməyib.
Musleranın yenidən formaya qayıtması üçün belə bir qərar verdiyi bildirilir.
