Forlan: “Qrizman qalsa, əfsanə olacaq”
29.03.2019 , 16:10

Uruqvay millisinin sabiq futbolçusu Dyeqo Forlan fransalı futbolçu Antuan Qrizman ilə bağlı danışıb.
Qrizmanın “Atletiko” Madrid klubunda qalacağı halda əfsanə olacağını deyən Forlan fransalının mümkün gedişi ilə bağlı fikir bildirib.
“Qrizman “Atletiko”da qalsa, klubun əfsanəsi olacaq. Ancaq “İnter” klubu bu yay İkardini satsa, Qrizmanı heyətinə qatacaq. Bunu, özləri mənə deyiblər.”
Qeyd edək ki, Antuan Qrizmanın adı İspaniyanın “Barselona” klubu ilə hallanır.
