Forlan: “Mançester Yunayted” “Barselona”nı keçə bilər”
28.03.2019 , 16:10

Uruqvaylı sabiq futbolçu Dyeqo Forlan “Mançester Yunayted” klubunun Çempionlar Liqasındakı çıxışı ilə bağlı danışıb.
2 il ərzində “qırmızı şeytanlar”ın formasını geyinən Forlan “Mançester Yunayted”in yarımfinala yüksələ biləcəyini istisna etmir.
“Hazırda Mançester Yunayted” uğurlu çıxış edir. Onların yeni baş məşqçisi və potensil yüksək olan futbolçuları var. Hesab edirəm ki, “Barselona” ilə görüşlərdə yaxşı nəticə əldə etmək olar.”
Qeyd edək ki, 2002-2004-cü illər “Mançester Yunayted” klubunun heyətində 63 görüş keçirən uruqvaylı forvard 10 dəfə rəqib qapılara yol tapıb.
